Mükəmməl dəmi əldə etmək mükəmməl çayı seçməkdən başlayır.

Beta Tea çay çeşidlərindən zövqünüzə uyğun olanını seçib dəmlənmə təlimatına riayət edərək arzuladığınız çey keyfinə qovuşa bilərsiniz.

Hər çayın dəmlənmə üsulu fərqli olsa da, bütün çaylar üçün keçərli olan müəyyən şərtlər, üsullar və tövsiyələri sizinlə paylaşmaq istəyirik.

 

  1. Suyun yaxşısından istifadə edin

Hər dəfə çay dəmləyərkən mütləq təzə sudan istifadə edin. Qaynamış suyun içindəki oksigen səviyyəsi azaldığından eyni suyu yalnız bir dəfə qaynadıb istifadə edin. Kran suyundan istifadə etməyinizi qətiyyətlə tövsiyə etmirik. Xlor və flor əlavə edilən və müxtəlif kimyəvi proseslərdən keçən kran suyu çayınızın həqiqi dadını və ətrini dəyişdirir.

Digər içməli suların da hamısı eyni deyil. Mineral tərkibləri və sərtlik dərəcələri müxtəlif olduğu üçün tövsiyə edirik ki, bir neçəsini sınaqdan keçirdikdən sonra ağız dadınıza uyğun sudan istifadə edəsiniz.

 

 

 

 

  1. Çayın yaxşısından istifadə edin

Ən yaxşı çayı seçmək heç də həmişə asan olmur. Marketlərdə satışda olan çayların bir çoxu aşağı keyfiyyətli çay yarpaqlarından hazırlanır və qiyməti münasib görünsə də, əslində əsl çay zövqünü yaşatmaqdan uzaqdır.

Öz işinin mütəxəssisi olan, çay yetişdirilməsini və emalını gözəl bilən, dünya miqyaslı ən yaxşı çay istehsalçıları ilə işləyən brendi seçmək düzgün çayı tapa bilmək üçün çox önəmlidir.

Dünyanın ən yaxşı çay yetişdirənlərindən əldə olunan yüksək keyfiyyətli çayı çaysevərlərə təqdim edən Beta çayları ilə seçim etməyiniz çox asan olacaq.

 

 

 

  1. Dəmləyərkən nə qədər çay istifadə edək?

Çay dəmləyərkən Beta çaylarının hər bir çeşidi üçün tövsiyə edilən çay miqdarı fərqli olsa da, ümumi olaraq hər fincan üçün 1-2 çay qaşığı çay istifadə edilməsi məqsədəuyğundur.

Hansı dəmləmə üsulundan istifadə etməyimizdən asılı olmayaraq isti suyun çay yarpaqları arasında dövr edərək onların ətrini yaymasını təmin etməsi üçün mütləq kifayət qədər sahə olmalıdır.

 

 

 

 

 

  1. Suyun hərarəti

İstifadə edilən çayın miqdarı kimi suyun hərarəti də Beta çayının çeşidlərinə görə dəyişir.

Amma bütün hallarda suyu qaynatdıqdan sonra bir qədər gözləyib sonra çayı dəmləməyiniz tövsiyə olunur.

 

 

 

 

 

 

  1. İçilmə şəkli

Sizin və qonaqlarınızı çayı necə, hansı şəkildə içmək istəmələri tamamilə zövq məsələsidir: çini fincanda, armudu stəkanda və ya sevimli fincanınızda.

Eynilə çayla birgə nuş edəcəyiniz şirniyyatı, təamı seçmək də zövqə görə dəyişə bilər. Biz sizə bir neçə ləzzətli şirniyyat resepti tövsiyə edirik.

 

 

 

 

 

 


Nuş olsun.