Qədim zamanlarda Çində çay dərman olaraq istifadə edilmişdir, ömrü uzadan və gümrahlıq veren müalicəvi bir içki sayılmışdır. Yaşıl çayın faydalarından biri, həqiqətən də güclü bir antioksidant olmasıdır, Orqanizmada olan zərərli və toksin maddələri bu çay sayəsində çox rahat şəkildə atmaq mümkündür. Çinin çay bağçalarından toplanan bu çayı yarpaqları keyfiyyətini itirməməsi üçün vaxt itirilmədən emala verilir. Açıq yaşıl, parlaq dəm rəngi, yumşaq dadı və özünəməxsus ətri ilə sizin sağlamlıq dostunuz olacaq. Tərkibindəki Yasəmən yarpaqları bu çayın dadını daha da gözəlləşdirir.