Çində müqəddəs bir içki hesab edilən yaşıl çay yarpaqları xüsusi diqqətlə əl ilə toplanılır və istehsala aparılır. Qara çay üçün yarpaqlar asta-asta qurudulduğu halda, yaşıl çayın yarpaqları toplanılan kimi sürətlə qurudulur və qurudularkən oksigenlə reaksiyaya girməsinə (fermentasiyasına) imkan verilmir. Yaşıl çayın tərkibindəki kofein miqdarı qara çayla müqayisədə daha azdır, amma antioksidant miqdarı daha çoxdur.
RUHUNUZU OXŞAYAN NOTLAR
Çində müqəddəs bir içki hesab edilən yaşıl çay yarpaqları xüsusi diqqətlə əl ilə toplanılır və istehsala aparılır. Yaz gələndə yasəmən yarpaqları əl ilə toplanılır və günəş şüaları altında qurudulmağa qoyulur. Qurudulan yasəmən yarpaqları təbii şəraitdə çay yarpaqları ilə birgə emal olunaraq təbii ətirli çay əldə edilir.
ÇAY NÖVÜ | Yaşıl çay | |
ÇAYIN RƏNGİ | Açıq mis rəngi | |
ÇAYIN TÜNDLÜYÜ | Açıq | |
DƏMLƏMƏK ÜÇÜN MİQDARI | 1 qaşıq | |
DƏMLƏNMƏ MÜDDƏTİ | 2-3 dəqiqə | |
DƏMLƏMƏ SAYI | 2 dəfə | |
DƏMLƏMƏK ÜÇÜN SUYU HƏRARƏTİ | 75-85°C |