Çay uzun və gərgin bir gündən sonra istirahətiniz zamanı sizin ən yaxşı yoldaşınızdır. Dostlarınızla maraqlı söhbətlərinizdə gözəl həmsöhbətinizdir. Evinizə təşrif buyuranları qonaq etdiyiniz, daxilinizi isidən simvol, ləziz bir içkidir.


Amma çayın bəxş etdiyi gözəllik və faydalar bunlarla bitmir. Bəzi fikirlərin əksinə olaraq çay sağlam həyatın, düzgün qidalanmanın və fiziki fəaliyyətin vacib bir hissəsidir. Dünya miqyasında aparılan araşdırmaların bir çoxu çayın tərkibində olan müəyyən təbii maddələrin ürəyin fəaliyyətinə müsbət təsir göstərdiyini təsdiqləyir.


ABŞ-ın Pensilvaniya Universitetinin mütəxəssisləri çayın ürəyin fəaliyyətinə faydalarını təsdiqləyən 66 fəqli araşdırmanı gözdən keçirərək hesabat hazırlayıblar.

 

Ürək xəstəlikləri və qidalanma mütəxəssisi Dr. Penni Kris tərəfindən açıqlanan hesabatda qəndsiz və südsüz içilən çayın kaloriyə malik olmadığı və antikanserogen maddə baxımından ideal bir mənbə olduğu göstərilmişdir.

Hollandiyada 10 il ərzində 806 kişi arasında aparılan araşdırmanın nəticələrinə görə ən çox kateşin (flavonoid) istehlak edən şəxsin ürək xəstəliyinə tutulma ehtimalı ən az istehlak edənə nisbətən 51% daha azdır. Çayın ürəyin sağlam qalmasına fayda verdiyini təsdiqləmək istiqamətində bir çox araşdırmalar davam etməkdədir. Bu günə qədər keçirilən sınaqlar flavonoidlərin damar divarlarında tutulmalara səbəb olan zərərli xolesterinin oksidləşməsinin qarşısını aldığı üzə çıxarıb. Çay təbii florid mənbəyidir. Florid diş minasını gücləndirdiyi üçün diş məcunlarına əlavə edilən bir maddədir. Ağızda diş daşının yaranmasının qarşısını da alan çayın faydaları müxtəlifdir. Çay orqanizmin DNT quruluşuna zərər verən sərbəst molekulların məhv edilməsinə də köməklik göstərir. Göründüyü kimi, faydaları saymaqla bitməyən çay sağlamlığımızın ən vacib dəstəkçilərindəndir.