Xəzər çayı iriyarpaqlı olduğundan parlaq rəngli dəm alması və gözəl ətrə malik olması ilə onu dadan hər kəsə əsl çay keyfini bəxş edir. Azərbaycan çayının ənənəvi dadını sevənlər üçün isə bu çay xüsusi dəyər qazanacaq.
ARZULADIĞINIZ ÇAY KEYFİ
Xəzər çayı Azərbaycanın Lənkəran, Astara və Lerik rayonlarında yetişdirilən çay kollarından xüsusi diqqət və qayğı ilə toplanılır, müasir avadanlıqlarla təchiz edilən fabrikdə istehsal olunur və arzusunda olduğunuz Azərbaycan çayınından zövq almağınız üçün sizin ixtiyarınıza verilir. Vaxtilə öz məşhurluğu ilə seçilən Azərbaycan çayının özünəməxsus xüsusiyyətləri Xəzər çayında özünə təzahür tapıb.
QABLAŞDIRMA ÇEŞİDLƏRİ
ÇAY NÖVÜ | Qara çay | |
ÇAYIN RƏNGİ | Məxməri | |
ÇAYIN TÜNDLÜYÜ | Tünd | |
DƏMLƏMƏK ÜÇÜN MİQDARI | 2 qaşıq | |
DƏMLƏNMƏ MÜDDƏTİ | 10-15 dəqiqə | |
DƏMLƏMƏ SAYI | 2 dəfə | |
DƏMLƏMƏK ÜÇÜN SUYUN HƏRARƏTİ | 100°C |