Benuta
Günü xoş əhvalda keçirmək və başa vurmaq üçün ləzzətli və doyumlu səhər yeməyi çox vacibdir. Odur ki, “Benuta” şokolad-fındıq yaxması sizi gün boyu davam edəcək enerji ilə təmin edən səhər yeməyinin əsas tərkib hissəsi üçün əla seçimdir. Nəfis qoxusu, imtina edə bilməyəcəyiniz ləzzəti ilə “Benuta” səhər yeməyinizin əsas atributu olacaq.
Çay sektorunda zəngin təcrübəyə malik “Beta Gıda” Almaniyada istehsal olunan “Benuta” şokolad-fındıq yaxması ilə səhər yeməyinizə də yeni dad gətirir. “Benuta” 13% fındıq tərkibi ilə sizi kakao-fındıq yaxmasının əsl ləzzəti ilə tanış edəcək. Onun hazırlanmasında əsasən yerfındığından istifadə edilir. Yerfındığının tərkibindəki A vitamini, B qrup vitaminləri və fol turşusu insan orqanizmi üçün müstəsna dərəcədə faydalıdır. Yerfındığı həm də beyinin fəaliyyətinə müsbət təsir göstərir ki, bu da “Benuta” şokolad-fındıq yaxmasının məktəblilərin səhər yeməyinə daxil edilməsini zəruri edir. Onlar dadlı səhər yeməyindən sadəcə zövq almayacaqlar, həm də oyunlar, fiziki fəaliyyət və dərsləri üçün lazım olan enerji ilə təmin olunacaqlar.