Hazella
“Hazella” - həm böyüklər, həm də uşaqların səhər yeməyinə yeni bir rəng qatacaq ləzzət. Bəzən səhər yeməyinə iştahı olmayanlar indi “Hazella” şokolad-fındıq yaxmasının olduğu səhər yeməyi süfrəsindən qalxmaq belə istəməyəcəklər. “Hazella” şokolad-fındıq yaxmasının ləzzətindən təkcə səhər yeməyində zövq almayacaqsınız, həm də günün digər saatlarında yüngül qəlyanaltı etmək üçün ondan istifadə edə bilərsiniz. Böyük bir zəhmət tələb etmədən “Hazella” yaxması ilə hazırlanan buterbrod növbəti nahara qədər aclığınızı keçirəcək asan və ləzzətli seçimdir. Siz “Hazella” yaxmasından fantaziya və bacarığınızdan asılı olaraq müxtəlif piroq, blin və tortların hazırlanması zamanı içlik kimi də istifadə edə bilərsiniz.
“Hazella” şokolad-fındıq yaxmasının üstünlüyü təkcə ləzzəti ilə bitmir. Onun hazırlanmasında istifadə olunan fındığın tərkibindəki lazımi maddələr əsəb sisteminin fəaliyyətini yaxşılaşdırmağa və qanda xolestrin konsentrasiyasının aşağı salınmasına kömək edir.