Nussa
Seçilmiş meşə fındığı və yüksək keyfiyyətli şokoladın mükəmmal ahəngi “Nussa” şokolad-fındıq yaxmasında birləşərək sizə təqdim olunur. Onun zərif dadı hər səhər yeməyini unudulmaz ləzzət hadisəsinə çevirməyə imkan verir.
Günə xoş ovqatla başlamaq və bu ovqatın günün sonunadək davam etməsi yəqin ki, hər kəsin arzusudur. Səhər-səhər xoş ovqatın yaranması isə təbii ki, ləzzətli və doyumlu səhər yeməyindən başlayır. Bunun üçün səhər yeməyi süfrəsində “Nussa” şokolad-fındıq yaxmasının olması kifayətdir. Onun tərkibindəki faydalı inqrediyentlər sizi lazımi enerji ilə təmin etməklə bərabər, nəfis dadı yüksək əhval-ruhiyyə bəxş edəcək. Həm faydalı, həm də xoş əhval-ruhiyyə ilə zəngin olan “Nussa”lı səhər yeməyi süfrəsinin ətrafına bütün ailə üzvlərinizlə birgə yığışmağınız isə bu anları daha da sevincli edəcək.